Xalq artisti Mənsum İbrahimov şəxsi həyatı və övladları ilə bağlı açıqlaması ilə diqqət çəkib. Xanəndə bu dəfə oğlu İbrahimin Türkiyədəki həyatından danışıb.
Demokrat.az-ın məlumatına görə, sənətçi “Qonaqcanlı” verilişində bildirib ki, oğlu hazırda təhsilini xaricdə davam etdirir və eyni zamanda işləyir:
"Oğlum Türkiyəyə getdi, magistraturada oxuyur. Orada da çalışır. İctimai fəaldır. Beynəlxalq münasibətlərdə oxuyur, amma başqa işlərlə də məşğuldur. Milli bayramlarımızı sevir. Orada bununla bağlı tədbirlərdə iştirak edir."
Mənsum İbrahimov övladlarının sənət yolunu seçməməsinə də münasibət bildirib. Onun sözlərinə görə, bu sahədə məcburiyyət uğur gətirmir:
"Mənim sənətimi övladlarımdan heç biri davam etdirmədi. Uşaqlarım bu sahəyə maraq göstərmədi. Görsəydim istedadları var, kömək edərdim. Amma valideyninə görə bu sahədə məcbur getsə, yarı yolda qalar. Məni heç kim yönəltməyib, zəhmətlə bu yerə gəlmişəm".
Sənətçi fikirlərində açıq şəkildə vurğulayıb ki, hər kəs öz yolunu özü seçməlidir. Onun yanaşmasına görə, uğurun əsas şərti məhz şəxsi istək və zəhmətdir. (axsam.az)
Demokrat.az


