Paytaxtın Binəqədi rayonunda mebel sexində güclü yanğın başlayıb.
Bu barədəOxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Binəqədi rayonunun "Baksol yolu" adlanan ərazisidə mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.


