Hava

17 dərəcə isti olacaq

17 dərəcə isti olacaq

Azərbaycanda martın 18-i üçün hava proqnozu açıqlanıb və sabah ölkə ərazisində nisbətən mülayim hava şəraiti müşahidə olunacaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bəzi bölgələrdə yağıntı ehtimalı olsa da, ümumilikdə temperaturun yüksəlməsi gözlənilir.

Demokrat.az-ın məlumatına görə Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu keçəcək, arabir buludlanma artsa da, əsasən yağmursuz olacaq. Səhər saatlarında bəzi ərazilərdə zəif çiskin müşahidə oluna bilər. Şimal-qərb küləyi əsəcək.

Paytaxtda temperatur gecə 5-8 dərəcə isti, gündüz isə 10-15 dərəcə isti olacaq. Atmosfer təzyiqinin 765 mm civə sütunu təşkil edəcəyi, rütubətin isə gecə 80-85 faiz, gündüz 65-70 faiz səviyyəsində olacağı bildirilir.

Ölkənin digər bölgələrində isə bəzi yerlərdə arabir yağıntı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Günün ikinci yarısında yağıntıların tədricən kəsiləcəyi proqnozlaşdırılır. Bəzi ərazilərdə duman müşahidə oluna bilər, şərq küləyi isə arabir güclənəcək.

Rayonlarda temperatur gecə 5-10 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə temperaturun 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz isə 7-12 dərəcə isti olacağı gözlənilir.

Demokrat.az

NE
Nihadə Eyyubova