Sağlamlıq Özəl

Beyinlə bağlı bildiklərinizi unudun — Yeni araşdırma ilə təkzib olundu

Beyinlə bağlı bildiklərinizi unudun — Yeni araşdırma ilə təkzib olundu

Elm dünyasında uzun illər üstünlük təşkil edən “beyin inkişafı yalnız uşaqlıq dövründə tamamlanır” fikri artıq öz aktuallığını itirib. Neyrobiologiya sahəsi üzrə ekspert Derya Murat Özgün insan beyninin yaşından asılı olmayaraq özünü yeniləmə qabiliyyətinə malik olduğunu açıqlayıb.Bu xüsusiyyət Nöroplastisite adlanır və beynin yeni təcrübələrə uyğun olaraq sinir əlaqələrini yenidən qurmasını təmin edir.

Demokrat.az-ın məlumatına görə beyin bir növ adaptasiya mexanizmi kimi fəaliyyət göstərir. Məsələn, yeni dil öyrənərkən başlanğıcda çətinlik yaşansa da, təkrar artdıqca beyin bu bacarığa uyğunlaşır və müvafiq sinir şəbəkələrini gücləndirir. Bu proses zamanı tez-tez istifadə olunan bacarıqlar möhkəmlənir, istifadə olunmayan əlaqələr isə tədricən zəifləyir.

Araşdırmalar göstərir ki, həm fiziki, həm də zehni fəaliyyətlər beynin strukturuna birbaşa təsir edir. Məsələn, musiqiçilərdə barmaq hərəkətlərini idarə edən sahələr, idmançılarda isə hərəkət koordinasiyası ilə bağlı sinir şəbəkələri daha güclü inkişaf edir. Bu xüsusiyyət beyin zədələrinin bərpasında da mühüm rol oynayır. Belə ki, beynin sağlam bölgələri zamanla itirilmiş funksiyaların bir hissəsini öz üzərinə götürə bilir.

Beyin sağlamlığını qorumaq üçün yeni hobbilər qazanmaq, sosial əlaqələri aktiv saxlamaq və davamlı öyrənmə prosesində olmaq tövsiyə olunur. Bu cür vərdişlər beynin dinamikliyini qorumaq üçün ən təsirli vasitələrdən sayılır.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova