Sağlamlıq Özəl

Qəhvə içməyənlər daha tez "dəli" olurmuş — 13 illik araşdırma

Qəhvə içməyənlər daha tez dəli olurmuş — 13 illik araşdırma

"Journal of Affective Disorders" jurnalında dərc olunan yeni araşdırmagündəlik qəhvə içmək vərdişinin bəzi psixi pozuntuların riskini azalda biləcəyini üzə çıxarıb.

Demokrat.az-ın məlumatına görəBritaniyanın "UK Biobank" məlumat bazasından 460 mindən çox iştirakçının məlumatlarını təhlil edən alimlər, 13 ildən çox müddətdə insanların sağlamlıq vəziyyətini izləyiblər.

Tədqiqatın nəticələri maraqlıqanunauyğunluğu göstərir, psixi pozuntular riski ən az olan qrup gün ərzində 2-3 fincan qəhvə içən şəxslərdir. Həddindən az və ya çox qəhvə istehlak edən insanlarda bu müsbət təsir daha zəif müşahidə olunub. Araşdırmanın digərdetalı isə qəhvənin qoruyucu təsirinin qadınlarla müqayisədə kişilərdə daha qabarıq özünü göstərməsidir.

Maraqlıdır ki, kofeinin orqanizmdə emal olunma sürətinə təsir edən genetik xüsusiyyətlər bu nəticələri dəyişməyib. Alimlər bu müsbət təsirin səbəbi kimi qəhvənin tərkibindəki iltihab əleyhinə xüsusiyyətlərin və beyin fəaliyyətinə təsir edən bioloji proseslərin rol oynaya biləcəyini güman edirlər.

Psixi sağlamlığı qorumaq üçün qəhvənin bu təsiri maraqlı olsa da, ekspertlər hər zaman olduğu kimi ölçülü olmağı tövsiyə edirlər. Çünki həddindən artıq kofein bəzi şəxslərdə əks təsir yaradaraq narahatlıq və ya yuxu pozğunluğuna səbəb ola bilər.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova