Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə “erməni soyqırımı muzeyi”nin direktoru Edita Qzoyan vəzifəsindən uzaqlaşdırılıb.
Demokrat.az-ın məlumatına görə, bu barədə Paşinyan brifinq zamanı danışıb. O bildirib ki, qərarın səbəbi Qzoyanın fevral ayında ABŞ-nin vitse-prezidenti J. D. Vance İrəvana səfər edərkən ona Qarabağın tarixi ilə bağlı kitab hədiyyə etməsi olub.
Baş nazir qeyd edib ki, belə bir addım ölkənin mövcud xarici siyasət xətti ilə uzlaşmır. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi Qarabağ hərəkatının mövcud olmadığını bəyan etdiyi bir vaxtda xarici qonağa bu mövzuda kitab təqdim olunması anlaşılmazdır. (qafqazinfo)
Demokrat.az


