“Yelo Bank” ASC bankdaxili ehtiyaclarının təmin edilməsi məqsədilə “A4 kağızın alışı”na dair açıq tender proseduruna start verdiyini elan edir. Tenderdə iştirak etmək istəyən iddiaçılar aşağıdakı meyarlara cavab verməlidir: - Müvafiq sahədə yüksək peşəkarlıq, təcrübə, texniki və maliyyə imkanlarına, habelə idarəetmə səriştəsi və etibarlığına malik olması; - Maliyyə dayanıqlığı və ödəmə qabiliyyətinin olması; - Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının olması (əmlak üzərinə həbs qoyulmamalı, tələb yönəlmiş təminat predmeti olmamalıdır); - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərinin olmaması; - Müvafiq fəaliyyət növünün həyata keçirilməsi üçün qanunvericiliklə tələb olunan lisenziya və ya icazələrə malik olması; - Müflis elan olunmaması və məhkəmə qərarı ilə kommersiya fəaliyyətinin dayandırılmaması. Tender təklifləri 16 mart 2026-cı il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Həsən bəy Zərdabi 81 K ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir. Tenderlə bağlı bütün ətraflı məlumatlar və texniki şərtlərlər ilə linkə keçid edərək tanış ola bilərsiniz: https://ylb.az/a4tender.
Bankdan tecili kredit əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və yaFacebook,Instagram,Whatsappvəyelo.azhesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!


