Gündəm

Putin İlham Əliyevə təşəkkür etdi

Putin İlham Əliyevə təşəkkür etdi

Rusiya Prezidenti Vladimir Putin martın 11-də azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib.

Demokrat.azxəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Vladimir Putin Rusiya vətəndaşlarının İrandan təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlət başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı liderlər Yaxın Şərqdə hərbi əməliyyatların tezliklə dayandırılmasının və münaqişənin siyasi-diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar.

Dövlət başçıları ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər.

D
demokrat.az