Gündəm

Vahid Ələkbərov Rusiyanın ən varlı üçüncü adamı oldu —29 milyard yarım

Vahid Ələkbərov Rusiyanın ən varlı üçüncü adamı oldu —29 milyard yarım

Rusiyalı milyarderlər “Forbes”un qlobal reytinqində yeni tarixi rekordlara imza atıblar.

Demokrat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, reytinqdə təmsil olunan rusiyalı milyarderlərin sayı ötən illə müqayisədə 9 nəfər artaraq 155-ə yüksəlib.

Məlumata görə, onların ümumi kapitalı rekord həddə – 696,5 milyard dollara çatıb.

Siyahıya əsasən, Rusiyanın ən zəngin şəxslərinin ilk üçlüyü aşağıdakı kimidir:

Aleksey Mordaşov (“Severstal”): Sərvəti 37 milyard dollara yüksələrək ölkənin ən varlı iş adamı olub;

Vladimir Potanin (“Norilsk Nikel”): 29,7 milyard dollarla ikinci yerdə qərarlaşıb;

Vahid Ələkbərov (“Lukoil”): Əslən azərbaycanlı olan milyarder 29,5 milyard dollarla ilk üçlüyü tamamlayıb.

Demokrat.az

NE
Nihadə Eyyubova