Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, martın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Paytaxtda mülayim şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə 3-5, gündüz isə 6-8 dərəcə isti təşkil edəcək.
Demokrat.az xəbər verir ki, Azərbaycanın bölgələrində də hava şəraiti qeyri-sabit keçəcək. Bəzi rayonlarda arabir yağıntı, dağlıq və dağətəyi ərazilərdə isə qar yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv xarakter alması gözlənilir. Axşam saatlarına doğru yağıntılar tədricən kəsiləcək, bəzi yerlərdə duman müşahidə olunacaq.
Rayonlarda havanın temperaturu gecə 2-5, gündüz 7-11 dərəcə isti olacaq. Dağlıq rayonlarda isə gecə 5-10, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüz saatlarında 0-5 dərəcə şaxta proqnozlaşdırılır. Atmosfer təzyiqi yüksələrək 774 mm civə sütununa çatacaq, rütubət 70-80 faiz arasında dəyişəcək.
Demokrat.az


