Hava

Yaz fəsli Azərbaycana bu saatda daxil olacaq

Yaz fəsli Azərbaycana bu saatda daxil olacaq

Yaz fəslinin Azərbaycana gəlişinin dəqiq vaxtı bəlli olub.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Demokrat.az-averilən məlumata görə, 2026-cı ildə yaz fəsli ölkəmizə martın 20-si, Bakı vaxtı ilə saat 18:45:53-də daxil olacaq.

Həmin an astronomik baxımdan gecə ilə gündüzün bərabərləşdiyi dövr hesab olunur. Bu zaman Günəş ekliptika üzrə hərəkət edərək səma ekvatorunu kəsir və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçid edir. Məhz bu keçidlə də Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli rəsmən başlayır. Günəş həmin gün tam şərqdə doğub, tam qərbdə batacaq.

Astroloqlar və astronomlar tərəfindən hesablanıb ki, bu il yaz fəslinin davametmə müddəti 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq. Bu müddət başa çatdıqdan sonra isə yay fəsli öz hökmünü sürməyə başlayacaq.

​​​​​​​Baharın gəlişi həm də təbiətin oyanışı və yeni dövrün başlanğıcı kimi qəbul edilir.

Demokrat.az

NE
Nihadə Eyyubova