“Qarabağ” futbol klubu 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə xanım azarkeşlərə sürpriz edib.
Demokrat.az xəbər verir ki, Ağdam klubunun Misli Premyer Liqası çərçivəsində“Araz-Naxçıvan”la keçiriləcək ev oyununa xanım azarkeşlər pulsuz buraxılacaq.
Qeyd edək ki, oyun sabah saat 19:15-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Demokrat.az


