İraq hava məkanı 10 mart tarixinə qədər uçuşlar üçün bağlı olacaq.
Bu barədə ölkə üzərindən aviasiya trafikinə cavabdeh olan "Bağdad" uçuş məlumatları bölgəsinin dispetçer xidmətindəki mənbə bildirib.
"Hava məkanı 10 mart çərşənbə axşamı universal zaman üzrə saat 9:00-a (Bakı vaxtı ilə saat 13:00-a - red.) qədər bağlıdır", - deyə məlumatda qeyd edilib.
Mənbə xatırladıb ki, fevralın 28-i günün birinci yarısında dayandırılan uçuşların mümkün bərpası üçün daha əvvəl Bakı vaxtı ilə 7 mart saat 13:00 təyin edilmişdi.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Katsİsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Trampölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyinibildirib.
İran isə öz növbəsində İsrailəonlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali LideriƏli Xameneinin hücumlar zamanı öldürüldüyübəyan olunub.
İranABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələriendirib. Buna görə dəhəmin ölkələrdə hava məkanımüvəqqəti bağlanıb.(oxu.az)
Demokrat.az


