Hava

Hava kəskin dəyişir — Yağış, qar, külək...

Hava kəskin dəyişir — Yağış, qar, külək...

Martın 7-dən etibarən Azərbaycanda hava şəraitinin dəyişəcəyi gözlənilir. Sinoptiklərin məlumatına görə, qərb rayonlarından başlayaraq martın 9-u gündüz saatlarınadək ölkə ərazisində hava qeyri-sabit keçəcək, bəzi ərazilərdə arabir yağıntılar müşahidə olunacaq. Dağlıq və dağətəyi bölgələrdə isə qar yağacağı proqnozlaşdırılır.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, bəzi yerlərdə yağıntıların güclənməsi ehtimalı var. Bunun nəticəsində çaylarda sululuğun artacağı gözlənilir. Xüsusilə Lənkəran–Astara bölgəsində yerləşən bəzi çaylardan qısamüddətli sel keçmə ehtimalı istisna edilmir.

Bildirilir ki, yaxın günlərdə hava temperaturu da enəcək. Proqnoza görə, temperatur əvvəlki günlərlə müqayisədə tədricən 5–8 dərəcə aşağı düşəcək. Sinoptiklər əhaliyə hava şəraitində gözlənilən dəyişiklikləri nəzərə almağı tövsiyə edir.

Demokrat.az

NE
Nihadə Eyyubova