Gündəm

Avropa İttifaqı: "Naxçıvana hücum qəbuledilməzdir"

Avropa İttifaqı: Naxçıvana hücum qəbuledilməzdir

"İranın Azərbaycanın Naxçıvan bölgəsindəki pilotsuz təyyarə hücumları tamamilə qəbuledilməzdir".

Demokrat.az xəbər verir ki, bu fikirlərBizim.Media-nın sorğusuna cavab olaraq Avropa İttifaqının ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

İranın Azərbaycana hücumu ilə bağlı sualları cavablandıran qurum sözçüsü bildirib ki, bu addım müharibənin miqyasını artırır:

"Hücumlar İran tərəfindən daha da şiddətləndiricidir və müharibənin Yaxın Şərqdən kənara yayılması ehtimalını artırır. Avropa Birliyinin Azərbaycan hökuməti və xalqı ilə tam həmrəyliyini vurğulamaq üçün vitse-prezident Kaya Kallas Xarici İşlər Naziri Bayramovla əlaqə saxlayıb", - deyə Aİ-dən bildirilib.

Demokrat.az

NE
Nihadə Eyyubova