Gündəm

Naxçıvana uçan təyyarə Bakıya qayıdıb — YENİLƏNİB

Naxçıvana uçan təyyarə Bakıya qayıdıb — YENİLƏNİB

“Naxçıvana uçan təyyarə təhlükəsizlik məqsədilə Bakıya qayıdıb”.

Demokrat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

“Hava limanı xidmətlərinin işi qəsdən qanunsuz olaraq pozulduğundan Naxçıvan-Bakı istiqaməti üzrə 264 nömrəli reysi həyata keçirməli olan mülki hava gəmisi havada olarkən təhlükəsizlik məqsədilə Bakı şəhəri istiqamətində geri qayıtmağa məcbur olub”, - məlumatda qeyd olunub.

***

Naxçıvan Beynəlxalq Hava Limanının Mətbuat xidmətinin yaydığı məlumata görə, hazırda yaranmış vəziyyətlə əlaqədar olaraq daxili və xarici istiqamətlərdə uçuş əməliyyatları müvəqqəti olaraq dayandırılıb:

“Məsələ ilə bağlı vəziyyət operativ şəkildə qiymətləndirilir və müvafiq qurumlarla koordinasiya aparılır. Əlavə məlumatlar dəqiqləşdirildikcə ictimaiyyətə təqdim olunacaq”.

NE
Nihadə Eyyubova