Hava

Sabah Bakıda 15 dərəcə isti olacaq

Sabah Bakıda 15 dərəcə isti olacaq

Martın 6-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gün ərzində bəzi vaxtlarda buludların artacağı ehtimal olunur. Ümumilikdə yağıntı gözlənilmir. Gün ərzində mülayim cənub-qərb küləyi əsəcək, axşam saatlarında isə küləyin istiqaməti dəyişərək şimal-qərbdən əsməyə başlayacaq.

Paytaxtda havanın temperaturu gecə saatlarında 3–6 dərəcə isti, gündüz isə 10–15 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqinin 763 mm civə sütunundan 759 mm civə sütununa qədər enəcəyi proqnozlaşdırılır. Nisbi rütubət gecə 70–75 faiz, gündüz isə 45–50 faiz civarında olacaq.

Ölkənin digər bölgələrində də əsasən sabit və yağıntısız hava şəraiti gözlənilir. Gecə və səhər saatlarında bəzi ərazilərdə duman müşahidə oluna bilər. Qərb küləyi mülayim gücdə əsəcək.

Rayonlarda havanın temperaturu gecə 2–7 dərəcə isti, gündüz 12–17 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 5–10 dərəcə şaxta, gündüz isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti proqnozlaşdırılır.

Demokrat.az

NE
Nihadə Eyyubova