Region

Xameneinin oğlundan xəbər var

Xameneinin oğlundan xəbər var

İranın öldürülmüş ali dini lideri Əli Xameneinin oğlu Müctəba Xameneinin sağ olması barədə informasiya yayılıb.

Demokrat.azxəbər verir ki, bu barədə "Mehr" agentliyi özəl mənbələrinə istinadən məlumat verib.

Xameneinin oğlunun harada olduğu, indiki vəziyyəti, xəsarət alıb-almadığı barədə də heç bir açıqlama yoxdur.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Katsİsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Trampölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyinibildirib.

İran isə öz növbəsində İsrailəonlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali LideriƏli Xameneinin hücumlar zamanı öldürüldüyübəyan olunub.

İranABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələriendirib. Buna görə dəhəmin ölkələrdə hava məkanımüvəqqəti bağlanıb.

Demokrat.az

NE
Nihadə Eyyubova