Sosial

ADY 7 və 9 mart tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edir

ADY 7 və 9 mart tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edir

Azərbaycan Dəmir Yolları (ADY) sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

Demokrat.az xəbər verir ki, 7 və 9 mart tarixlərində hər iki istiqamətdə əlavə səfərlər həyata keçiriləcək.

Sərnişinlər sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi internet səhifəsindən və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə edə bilərlər.

Qeyd edək ki, bu istiqamət üzrə Bakı–Qazax–Bakı marşrutu ilə gündəlik səfərlər də təşkil olunur.

Demokrat.az

NE
Nihadə Eyyubova