“Qarabağ”- “Sabah” oyununda dava düşüb.
Demokrat.az xəbər verir ki, meydan sahiblərinin 3-cü qolundan sonra tərəflər bir-birinə girib.
Ehtiyat oyunçular skamyasında olan məşqçilər və futbolçular əlbəyaxa olublar. ***
Əldə etdiyimiz məlumata görə,“Sabah”ın baş məşqçi köməkçisi“Qarabağ”ın köməkçi məşqçisi Müşfiq Hüseynova qeyri-etik jest edib. Davaya səbəb də məhz bu olub.


