Gündəm

Xameneini əvəzləyən Əlirza Ərafi kimdir? — Qarabağla bağlı görün nələr deyib

Xameneini əvəzləyən Əlirza Ərafi kimdir? — Qarabağla bağlı görün nələr deyib

Xəbər verdiyimiz kimi, Ayətullah Əlirza Ərafi İranın Ali Lideri vəzifəsini müvəqqəti icraçı təyin olunub.

Demokrat.az "Yeni Sabah" a istinadən xəbər verir ki, Əli Xameneinin varisi seçilənədək Ali Rəhbərin səlahiyyətlərini icra edəcək Müvəqqəti Rəhbərlik Şurasının daha bir üzvü müəyyənləşib.

Əli Xameneinini əvəzləyənAyətullah Əlirza Ərafi ilə bağlı maraqlı məlumatları təqdim edirik:

Əlirza Ərafi Yəzd vilayətinin Maybod şəhərində doğulub. Onun atası Məhəmməd İbrahim Ərafi din xadimlərindən biri və Seyid Ruhullah Xomeyninin yaxın dostu olub. Onun tərcümeyi-halı haqqında bir neçə kitab yazılıb. Əlirza Ərafinin anası da Kazem Malek Əfzəli Ərdəkaninin övladlarından olub.

Ayətullah Ərafi 07.10.2020 tarixindəErmənistan–AzərbaycanarasındaQarabağmünaqişəsi ilə bağlı xüsusibəyanatyayıb. Bəyanatda Qarabağın Azərbaycana aid olduğu və İslam aləminin Azərbaycanı dəstəkləməli olduğu bildirilib.

Həmçinin bəyanatda qeyd olunub ki, Azərbaycandünyaya görkəmli elm, mədəniyyət və din xadimləri bəxş edib. Bəyanatda bütün beynəlxalq sənədlərdəQarabağAzərbaycanın ayrılmaz ərazisi kimi tanındığı da vurğulanıb.

Demokrat.az

NE
Nihadə Eyyubova