Hava

Bakıya sulu qar yağacaq — Xəbərdarlıq

Bakıya sulu qar yağacaq — Xəbərdarlıq

Azərbaycanda hava şəraiti kəskin dəyişir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə sabahdan etibarən temperatur ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı düşəcək.

Demokrat.az xəbər verir ki, paytaxt Bakıda və Abşeron yarımadasında fevralın 27-si axşam saatlarından başlayaraq martın 2-dək yağıntılı hava gözlənilir. Yağışın bəzi yerlərdə intensivləşəcəyi, gecə və axşam saatlarında isə sulu qara çevriləcəyi ehtimal edilir.

Bölgələrdə isə fevralın 26-sı günün ikinci yarısından etibarən hava şəraitinin pisləşəcəyi proqnozlaşdırılır. Martın 2-dək davam edəcək yağıntıların bəzi rayonlarda qar şəklində olacağı bildirilir. Güclü yağıntılar səbəbindən çaylarda suyun səviyyəsinin artacağı gözlənilir.

Dağlıq və dağətəyi ərazilərdə hərəkət edən sürücülər ehtiyatlı olmalıdırlar. Sinoptiklər həmin ərazilərdə yolların buz bağlayacağı barədə xəbərdarlıq ediblər.

Demokrat.az

NE
Nihadə Eyyubova