İdman

"Qarabağ"ın oyunundakı ayaqyalın qız kim idi? — FOTO

Qarabağın oyunundakı ayaqyalın qız kim idi? — FOTO

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən "Nyukasl" - "Qarabağ" matçı idman hadisələri ilə yanaşı, maraqlı kadrla da yadda qalıb. İngiltərənin "Sent Ceyms Park" stadionunda baş tutan qarşılaşma öncəsi "Prime video" platformasının reportyoru Aleks Aljo futbol əfsanəsi Ueyn Runidən müsahibə alarkən görüntüsü ilə diqqət çəkib.

Demokrat.az xəbər verir ki, 34 yaşlı jurnalist canlı yayım zamanı yaşıl meydanda ağ corablarda dayanmalı olub. Məlum olub ki, Aleks Aljo stadiona hündürdaban çəkmələrlə daxil olmaq istəsə də, texniki heyət buna icazə verməyib. Səbəb isə dabanların bahalı ot örtüyünə zərər yetirmə ehtimalı olub.

Vəziyyəti zarafatla qarşılayan jurnalist ayaqqabılarının meydanı zədələyə biləcəyini, lakin hazırda corablarının tamamilə islandığını bildirib. Ueyn Runi isə bu mənzərəyə təbəssümlə reaksiya verib.

Xatırladaq ki, sözügedən qarşılaşma "Nyukasl"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb./publika.az

Demokrat.az

Qarabağın oyunundakı ayaqyalın qız kim idi? — FOTO
Qarabağın oyunundakı ayaqyalın qız kim idi? — FOTO

NE
Nihadə Eyyubova