Tanınmış onkoloq Anar Məmmədov mərhum aktrisa Tünzalə Əliyevanın ölüm səbəbi ilə bağlı səslənən iddialara münasibət bildirib.
Demokrat.az milli.az-a istinadla xəbər verir ki, həkim aparıcı Ülvira Qarayevnanın suallarını cavablandırarkən aktrisanın xəstəlik tarixçəsinə aydınlıq gətirib. O bildirib ki, sənətçiyə ginekoloji xərçəng diaqnozu qoyulmuşdu və xəstəliyin mədəkiçiltmə əməliyyatı ilə hər hansı əlaqəsi olmayıb.
Onun sözlərinə görə, bəzi şəxslər xəstəliyin əməliyyatdan sonra yarandığını düşünsə də, bu fikir həqiqəti əks etdirmir.
Həkim əlavə edib ki, aktrisa ilk dəfə müayinəyə müraciət edəndə xəstəlik artıq üçüncü mərhələdə idi. Müəyyən qanaxma halları yaşansa da, vaxtında həkimə üz tutmaması prosesi çətinləşdirib. Aparılan müayinələrdən sonra isə ona uyğun müalicə planı təqdim olunub.
Anar Məmmədov vurğulayıb ki, aktrisa müalicə müddətində intizamlı olub və tövsiyələrə ciddi əməl edib. Onun sözlərinə görə, düzgün müalicə sayəsində sənətçi təxminən 5–6 il yaşaya bilib.
Həmçinin oxu: Bakıda mağazalarda üstündə Baləlinin şəkilləri olan qız köynəkləri satılır — FOTOlar Həmin gün bütün dünya evə qapana bilər Nənələr haqlı imiş — 35 qəpiklik möcüzə
Demokrat.az


