Gündəm

"Azcargo" MMC-nin hesabına sərəncam qoyuldu, maaşlar gecikir: Külli miqdarda vergi borcu var — FOTO

Azcargo MMC-nin hesabına sərəncam qoyuldu, maaşlar gecikir: Külli miqdarda vergi borcu var — FOTO

Xəbər verdiyimiz kimiBakınınSabunçu rayonunda yaşayanYevlax rayonsakiniAbbasov Rövşən Yusif oğlu"188” Yükdaşıma və Evakuasiya Xidmətindən şikayətçidir.

Demokrat.az xəbər verir ki, Sitat.info-yamüraciət edərək problemini ictimailəşdirməyə çalışanRövşən Abbasov 1 ildir ki, çalışdığı "188"Yükdaşıma Xidmətindən əmək haqqını ala bilmir.

Məsələ ilə bağlı şirkətdən də mövqe öyrəndik.Şirkətdən Abbasov Rövşən Yusif oğluna3 aylıq əməkhaqqının verilmədiyini təsdiqlədilər.

Xanım əməkdaşbildirdi ki,vergi borcuna görəşirkətinbank hesabınasərəncam qoyulduğundan işçilərin maaşlarının ödənilməsi gecikir :"188” Yükdaşıma və Evakuasiya Xidməti "Azcargo" MMC-yə daxildir.Hazırda "Azcargo" MMC-nin hesabında borca görəsərəncam var, 7-10 gün ərzində əməkhaqqını ödməyə çalışacağıq.Bu barədə sizə ətraflı məlumat da verəcəyik".

Azcargo MMC-nin hesabına sərəncam qoyuldu, maaşlar gecikir: Külli miqdarda vergi borcu var — FOTO

Qeyd edək ki, Vergilər Nazirliyinin rəsmi saytında olan məlumata görə,"188" Yükdaşıma Xidmətinin də daxil olduğu "Azcargo" MMC-ninümumilikdə 110 min manata yaxın vergi borcu var.

Demokrat.az

NE
Nihadə Eyyubova