Sağlamlıq Özəl

Əvvəllər əsgərlərə cəsarət versin deyə yedirirdilər — Yenidən satışdadır

Əvvəllər əsgərlərə cəsarət versin deyə yedirirdilər — Yenidən satışdadır

Qədim dövrlərdə əsgərlərə cəsarət vermək üçün yedirilən və xalq təbabətində möcüzəvi təsirləri ilə tanınan sirli bitki yenidən gündəmə gəlib. Türkiyənin Qara dəniz bölgəsində "zılbıt" adı ilə məşhur olan bu yaşıl şəfa mənbəyi artıq bazarlarda satışa çıxarılıb. Azərbaycanda isə daha çox "gəvəzəban" və ya "göyçəçiçək" kimi tanınan bu bitki həm dadı, həm də inanılmaz faydaları ilə diqqət çəkir.

Demokrat.az xəbər verir ki, tarixi mənbələrə görə, əsrlər əvvəl əsgərlər müharibəyə yollanmazdan qabaq qorxu və narahatlığı aradan qaldırmaq üçün bu bitkidən istifadə edirdilər. Müasir dövrdə isə mütəxəssislər onun tərkibindəki maddələrin təbii sakitləşdirici rolunu oynadığını təsdiqləyirlər. Təbiətdə öz-özünə yetişən bu göyərti növü yalnız ruhsal rahatlıq vermir, həm də tənəffüs yolları xəstəliklərində, öskürəyin kəsilməsində və bədəndəki iltihabın aradan qaldırılmasında effektiv vasitə hesab olunur.

Azərbaycanın xüsusilə cənub və dağlıq bölgələrində sakinlərin süfrəsindən əskik olmayan bu bitki həm qovurma, həm də müalicəvi çay kimi istehlak edilir. Yazın gəlişi ilə birlikdə bu şəfa deposuna maraq daha da artıb. Həm dadlı yemək, həm də təbii aptek axtaranlar üçün "döyüşçü otu" ən ideal seçimlərdən biri sayılır.

Həmçinin oxu: Nənələr haqlı imiş — 35 qəpiklik möcüzə Səhər oyanan kimi telefona baxanlara pis xəbər Santexniklərin sirri kimi saxladığı çarə — Hamamdakı üfunət qoxusunu anında kəsir

Aytən Demokrat.az

NE
Nihadə Eyyubova