Hazırda BakınınSabunçu rayonunda yaşayanYevlax rayonsakini Abbasov Rövşən Yusif oğlu "188” Yükdaşıma və Evakuasiya Xidmətindən şikayətçidir.
Demokrat.az xəbər verir ki, Sitat.info-yamüraciət edərək problemini ictimailəşdirməyə çalışanRövşən Abbasov 1 ildir ki, çalışdığı "188"Yükdaşıma Xidmətindən əmək haqqını ala bilmir.

"Ötən ilin oktyabr ayındaişə başlamışam. Hazırda da bu şirkətdə rəsmi olaraq adım işçi kimi qeydiyyatdadır. Amma nə əmək haqqı ala bilmirəm, nə işimə xitam verirlər. Maaşımı istəyəndə də deyirlər ki,get hara istəyirsən şikayət elə. Dediklərinə görə, yuxarılarda qohumları var və ona güvənirlər.
Bunu mənə şirkət rəhbəri Mustafayev İsmixan Məmməd oğludeyib. Ötən ildən dekabr ayının, bu ildən isəyanvar və fevral aylarının əmək haqqı ödənilməyib. Rəsmi olaraq 450 manat qeyd edilsə də, maaşım650 manatdır.Bir də getdiyimiz sifarişin 10 faizi maaşımızın üzərinə gəlir. Təxminən, 1800 manatdan çox alacağım var, amma ala bilmirəm. Xahiş edirəm bu problemi işıqlandırıb mənə kömək edəsiniz".
Məsələ ilə bağlı şirkətdən də mövqe öyrənməyə çalışacağıq.
Demokrat.az


