İdman

Qurban Qurbanov onu əsas heyətdən kənarlaşdırdı

Qurban Qurbanov onu əsas heyətdən kənarlaşdırdı

“Qarabağ”ın futbolçusu Sami Mmae komandanın əsas heyətindən uzaqlaşdırılıb.

Demokrat.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya klubun Mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

O bildirib ki, məşqçi heyətinin qərarına əsasən, Zaqreb “Dinamo”sundan icarəyə götürülən oyunçu əvəzedici heyətə göndərilib.

Qeyd edək ki, bu barədə ilk xəbəri Sportinfo.az saytı yayıb.

NE
Nihadə Eyyubova