Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı məlumat yayıb. Verilən xəbərə görə, fevralın 23-ü gecə və axşam saatlarından başlayaraq bölgələrdə yağıntılı hava müşahidə olunacaq.
Demokrat.az xəbər verir ki, yağıntıların fevralın 24-də bəzi ərazilərdə arabir davam edəcəyi gözlənilir. Sinoptiklər ayrı-ayrı yerlərdə yağışın intensivləşəcəyini, dağlıq rayonlarda isə qar yağacağını ehtimal edirlər.
Demokrat.az


