İdman

"Mançester Siti" "Qarabağ"ın rəqibini məğlub etdi

Mançester Siti Qarabağın rəqibini məğlub etdi

İngiltərə Premyer Liqasının 27-ci turunda "Mançester Siti" öz meydanında "Nyukasl Yunayted"i qəbul edib.

Demokrat.az xəbər verir ki, "Etihad" stadionunda keçirilən oyun "şəhərlilər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

14-cü dəqiqədə Nikо O'Rayli hesabı açıb, 22-ci dəqiqədə Lyuis Holl bərabərlik qolunu vurub, 27-ci dəqiqədə O'Rayli ikinci qolunu vuraraq komandasına qələbəni təmin edib.

Bu turdan sonra "Mançester Siti" 56 xalla turnir cədvəlində ikinci sıradadır, "Nyukasl Yunayted" isə 36 xalla 10-cu yerdədir.

D
demokrat.az