Gündəm

Ramazan ayının dördüncü gününün duası — İmsak və iftar vaxtı

Ramazan ayının dördüncü gününün duası — İmsak və iftar vaxtı

Mübarək Ramazan ayının dördüncü günü sabah, fevralın 22-nə təsadüf edir. Sabah üçün imsak vaxtı saat 06.00, iftar vaxtı isə 18.38 olaraq müəyyən edilib.

Oruc tutan möminlər sübh vaxtı aşağıdakı imsak duasını oxuya bilərlər.

"Allahummə qəvvini fihi əla iqaməti əmrik. Və əziqni fihi həlavətə zikrik. Və əvzi-ni fihi li-ədai şükrik. Bikərəmikə vəhfəzni fihi bihifzikə və sətrik, ya əbsərən-nazirin". Duanın tərcüməsində bildirilir ki, bəndə Allahdan Onun əmrlərini yerinə yetirmək üçün qüvvət, zikrinin şirinliyini dadmağı və layiqincə şükür etmək üçün ilham diləyir. Yaradanın kərəminə sığınaraq ondan hifz olunmağı və qorunmağı arzulayır.

Axşam iftar süfrəsi başında isə bu dua oxunur.

"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".

Bu dua bəndənin Allah rizası üçün oruc tutduğunu, Onun verdiyi ruzi ilə iftar açdığını və Ona təvəkkül etdiyini ifadə edir. Sonda isə hüdudsuz bağışlama sahibindən günahların əfv olunması istənilir.

Allah dualarınızı və ibadətlərinizi qəbul etsin.

Demokrat.az

NE
Nihadə Eyyubova