Hava

Yaz fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlandı

Yaz fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlandı

Azərbaycanda yaz fəslinin daxil olacağı dəqiq vaxt açıqlanıb. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu il yazın gəlişi martın 20-si saat 18:45:53-ə təsadüf edəcək.

Demokrat.az xəbər verir ki, həmin an astronomik baxımdan gecə ilə gündüzün bərabərləşdiyi vaxt hesab olunur. Bu zaman Günəş ekliptika üzrə hərəkət edərək səma ekvatorunu kəsir və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçid edir. Bu keçidlə birlikdə Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli rəsmən başlayır. Günəş həmin gün tam şərqdə doğub, tam qərbdə batacaq.

Astronomlar bu il yaz fəslinin uzunluğunun 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacağını hesablayıblar. Bu müddətdən sonra ölkəmizdə yay fəsli öz hökmünü sürməyə başlayacaq.

Demokrat.az

NE
Nihadə Eyyubova