İdman

UEFA Çempionlar Liqası: "Qarabağ" "Nyukasl"a qarşı

UEFA Çempionlar Liqası: Qarabağ Nyukasla qarşı

Bu gün "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində (şərti olaraq 1/16 final) ilk oyununa çıxacaq.

Demokrat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq. Oyunu norveçli referi Espen Eskos idarə edəcək.

Çempionlar Liqası, pley-off mərhələsi, ilk oyunlar

21:45. "Qarabağ" (Azərbaycan) - "Nyukasl" (İngiltərə)

Hakimlər: Espen Eskos, Yan Erik Enqan, İsak Elias Başevkin, Siqurd Krinqstad VAR: Rob Diyperink AVAR: Dennis Hiqler Tofiq Bəhramov adına Respublika Stadionu

Xatırladaq ki, cavab qarşılaşması fevralın 24-də İngiltərədə keçiriləcək.

D
demokrat.az