Türkiyənin Malatya 1-ci Həvəskarlar Liqasının 10-cu turunda "Darendespor" – "Hekimhan Bələdiyyəsi Girmanaspor" matçında şok hadisə baş verib.
Demokrat.az xəbər verir ki, matç 1:1 hesabı ilə davam edərkən, "Darendespor"un vurduğu qol köməkçi hakim Hakan Başkurt tərəfindən ofsayt səbəbi ilə ləğv edilib.
Qolun ləğv edilməsindən sonra tribunlardan səhnəyə uşaq velosipedi atılıb və velosiped Başkurta dəyib. Zərbənin təsiri ilə hakimin sol qaşında ciddi yaralanma olub və bir müddət huşunu itirib.
Matçın 87-ci dəqiqəsində baş verən bu hadisə tribunlardakı gərginliyi artırıb. Atılan velosiped səbəbindən Başkurt yerə yıxılıb və tibbi müdaxilə tələb olunub. Hadisədən sonra matçın nəticəsi və məsul şəxslərlə bağlı prosedurların necə davam edəcəyi maraqla gözlənilir.
Jalə Demokrat.az


