Bu gün futbol üzrə Misli Premyer Liqasında XX turun növbəti iki oyunu keçiriləcək.
Demokrat.az xəbər verir ki, ikinci oyun günündə “Kəpəz” “Neftçi”ni qəbul edəcək.
Günün ikinci matçında “Araz-Naxçıvan” və “Sumqayıt” qarşılaşacaq.
15 fevral
“Kəpəz” – “Neftçi”
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov VAR: İnqilab Məmmədov AVAR: Namiq Hüseynov Hakim-inspektor: Asim Xudiyev AFFA nümayəndəsi: Erkin Hüseynov Yevlax şəhər stadionu, 14:30
“Araz-Naxçıvan” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev VAR: Nicat İsmayıllı AVAR: Zöhrab Abbasov Hakim-ispektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva “Liv Bona Dea Arena”, 17:00.
Qeyd edək ki, XX turun digər oyunları fevralın 16-da keçiriləcək.


