İdman

"Qarabağ" son dəqiqədə qol vurdu, "Şamaxı"ya qalib gəldi

Qarabağ son dəqiqədə qol vurdu, Şamaxıya qalib gəldi

"Qarabağ" Misli Premyer Liqasının XIX turunda son dəqiqə qolu ilə "Şamaxı"nı məğlub edib.

Demokrat.az-ın məlumatına görə, Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

14-cü dəqiqədə meydan sahiblərinin heyətində Oruc Məmmədov hesabı açıb. 18-ci dəqiqədə Ağdam təmsilçisinin yarımmüdafiəçisi Joni Montiel cərimə zərbəsindən baxımlı qola imza atıb. 90+4-cü dəqiqədə isə Kamilo Duran adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 42-yə çatdıran "Qarabağ" ikinci pillədə qərarlaşıb. 23 xalı olan "Şamaxı" 8-ci sıradadır.

Günün ikinci oyununda "Neftçi" "Qəbələ"ni qəbul edəcək.

Qeyd edək ki, XIX turun daha əvvəl keçirilən görüşlərində "Sabah" "Araz-Naxçıvan"ı (4:1), "Zirə" "Sumqayıt"ı (3:2), "Turan Tovuz" "Karvan-Yevlax"ı (1:0) üstələyib, "İmişli" - "Kəpəz" görüşündə isə hesab açılmayıb.

Demokrat.az

NE
Nihadə Eyyubova