İdman

“Qalatasaray”dan Deniz Gül üçün 7,5 milyon avroluq təklif

“Qalatasaray”dan Deniz Gül üçün 7,5 milyon avroluq təklif

“Qalatasaray” qış transfer dövründə “Porto”nun hücumçusu Deniz Gülü heyətinə qatmaq istəyir.

Demokrat.az-ın məlumatına görə, İstanbul klubu gənc futbolçu üçün Portuqaliya təmsilçisinə 7,5 milyon avroluq rəsmi təklif göndərməyə hazırlaşır.

2024–2025 mövsümünün əvvəlində “Hammarbi”dən “Porto”ya transfer olunan Deniz Gül bu mövsüm 24 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2029-cu ilə qədərdir.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova