İdman

"Qarabağ" "Kəpəz"ə qarşı

Qarabağ Kəpəzə qarşı

Misli Premyer Liqasının XVII turunda bu gün daha iki görüş baş tutacaq.

Demokrat.az xəbər verir ki, əvvəlcə "Şamaxı" evdə "Qəbələ"ni qəbul edəcək.

Görüş Şamaxı şəhər stadionunda saat 14:00-da start götürəcək. Ayxan Abbasovun baş məşqçisi olduğu komada hazırda 20 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 11-ci yerdə olan "Qəbələ"nin isə 8 xalı var.

Günün son görüşü "Azərsun Arena"da "Qarabağ"la "Kəpəz" arasında keçiriləcək. Matç saat 16:30-da start götürəcək. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 36 xalla turnir cədvəlində ikincidir. 10-cu yerdə olan "Kəpəz"in isə 9 xalı var.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "İmişli" "Araz-Naxçıvan"la (2:2), "Neftçi" isə "Zirə" (0:0) ilə heç-heçə edib. XVII tura yanvarın 25-də yekun vurulacaq.

Premyer Liqa 2025/26 mpvsümü XI tur

24 yanvar 14:00. "Şamaxı” – "Qəbələ” Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Teymur Teymurov, Əkbər Əhmədov VAR: Kamranbəy Rəhimov AVAR: Müslüm Əliyev Şamaxı şəhər stadionu

16:30. "Qarabağ” – "Kəpəz” Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Gülnurə Əkbərzadə, Elvin Bayramov VAR: Rəvan Həmzəzadə AVAR: Pərvin Talıbov "Azersun Arena”

25 yanvar 16:00. "Turan Tovuz” – "Sumqayıt” 18:30. "Sabah” – "Karvan-Yevlax”

23 yanvar "Neftçi” – "Zirə” - 0:0 "İmişli” – "Araz-Naxçıvan” - 2:2

Demokrat.az

NE
Nihadə Eyyubova