İdman

Çempionlar Liqası: "Qarabağ" "Ayntraxt"a son dəqiqədə vurduğu qolla qalib gəlib — YENİLƏNİB

Çempionlar Liqası: Qarabağ Ayntraxta son dəqiqədə vurduğu qolla qalib gəlib — YENİLƏNİB

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda doğma meydanda "Ayntraxt" (Almaniya) ilə qarşılaşıb.

Demokrat.az-ınməlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitib.

Ağdam təmsilçisinin heyətində Kamilo Duran dubl müəlliffi (4, 80) olub. Qonaqların heyətində isə Can Uzun (11) və Fares Chaibi (78-pen) fərqləniblər. "Köhlən atlar"a qələbə gətirən qola isə 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə imza atıb.

Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 10-ə çatdırıblar.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv sonuncu - VIII turda, dekbarın 29-da səfərdə İngiltərənin "Liverpul" kollektivinin qonağı olacaq.

*** 23:28

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununda daha iki qol vurulub.

Demokrat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda hesab 2:2 olub.

78-ci dəqiqədə qonaqların heyətində penaltini dəqiq yerinə yetirən Fares Chaibi komandasını hesabda irəli çıxarıb. 2 dəqiqə sonra isə Kamilo Duran Ağdam kollektivinin heyətində dublunu rəsmiləşdirərək yenidən hesaba tarazlıq gətirib - 2:2.

*** 22:53

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununda ikinci hissə başlayıb.

Demokrat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda davam edən matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Görüşü isveçrəli FIFA referisi Sandro Şerer idarə edir.

*** 22:33

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununda ilk hissə başa çatıb.

Demokrat.azxəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda tərəflər fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

Görüşü isveçrəli FIFA referisi Sandro Şerer idarə edir.

*** 22:00

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununda ikinci qol vurulub.

Demokrat.azxəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qonaqlar hesabı bərabərləşdiriblər - 1:1.

11-ci dəqiqədə Can Uzun adını tabloya yazdırıb.

*** 21:54

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununda hesab açılıb.

Demokrat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda ev sahibləri hesabda önə keçiblər.

4-cü dəqiqədə Kamilo Duran fərqlənib.

*** 21:48

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyunu start götürüb.

Demokrat.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Görüşü isveçrəli FIFA referisi Sandro Şerer idarə edir.

NE
Nihadə Eyyubova