İdman

Afrika Millətlər Kubokunun “ən yaxşıları” açıqlandı

Afrika Millətlər Kubokunun “ən yaxşıları” açıqlandı

2026-cı il Afrika Millətlər Kubokunun ən yaxşı oyunçuları məlum olub.

Demokrat.az xəbər verir ki, mükafatlandırma mərasimi zamanı Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) turnirin ən yaxşı oyunçularına fərdi mükafatlar təqdim edib.

Otuz dörd yaşlı mərakeşli Yassin Bunu ən yaxşı qapıçı seçilib. O, turnirin yeddi oyununun hamısında iştirak edib, iki qol buraxıb və beş oyunda qapısını toxunulmaz saxlayıb. Seneqallı hücumçu Sadio Mane turnirin ən yaxşı oyunçusu seçilib. 33 yaşlı hücumçu yeddi oyunda iki qol vurub və iki məhsuldar ötürmə edib. Mərakeşin hücumameyilli yarımmüdafiəçisi Brahim Dias yeddi oyunda beş qol vuraraq Afrika

Çempionatının ən çox qol vuran oyunçusu olub.

FIFA həmçinin Mərakeş milli komandasına Ədalətli Oyun Mükafatını təqdim edib.

NE
Nihadə Eyyubova