“Bazar gününün iş günü kimi hesab edilməsinin tam əleyhinəyəm. Bu təklif sağlam məntiqə uyğun deyil”.
Bunu Demokrat.az-a açıqlamasında sabiq deputat Fəzail Ağamalı deyib.
O bildirib ki, onun tətbiqi gələcəkdə düzəldilməsi mümkün olmayan çoxsaylı problemlər yarada bilər:
“Bakıda tıxac probleminin aradan qaldırılması üçün daha optimal və effektiv yollar mövcuddur. Bunlardan biri Yaponiyada olduğu kimi şəhərin giriş və çıxışlarında yüngül konstruksiyalı, üçmərtəbəli yolların inşasıdır.
Eyni zamanda, Bakının girişində geniş dayanacaqların yaradılması və simvolik icarə haqqının tətbiqi məqsədəuyğun olar. Bundan əlavə, ictimai nəqliyyatın təkmilləşdirilməsi, müasir avtobusların sayının artırılması və hərəkət intervallarının minimuma endirilməsi tıxacın azalmasına ciddi töhfə verə bilər”.
Leyla Turan Demokrat.az


