Şou-biznes

Demet Akalın elə sözlər dedi ki...

Demet Akalın elə sözlər dedi ki...

Türk müğənni Demet Akalın jurnalistlərə verdiyi müsahibəsi ilə diqqət çəkib.

Demokrat.az xəbər verir ki, o Ebo ləqəbi ilə tanınan İbrahim Tilaverin yeni mahnısı ilə bağlı bu sözləri deyib:

“Ebo bir gün Okana zəng edərək sabah mahnım çıxacaq, Demeti zirvədən endirəcəyik dedi. 1 gün sonra mahnısı çıxdı və siyahıda bizi zirvədən endirərək 1-ci oldu. Yeni çıxacaq mahnının bu qədər seviləcəyini necə bilmək olar?”.

Akalın həmçinin gənc ifaçıları bu qədər tənqid etməyin düzgün olmadığını bildirib:

“Reper Lvbel niyə bu qədər tənqid olunur ? O dövr keçib,100 il keçib, dövr dəyişib, mahnılar dəyişib. Gücünüz çatırsa siz də elə mahnılar ifa edin, doldurun o səhnələri”. (Olay)

NE
Nihadə Eyyubova