"Real Madrid"in fransalı futbolçusu Kilian Mbappe diz bağlarından aldığı zədə səbəbindən azı üç həftə meydanlardan kənarda qalacaq.
Oxu.Azxəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Məlumata görə, hücumçu yanvarın 7-dən 11-dək Səudiyyə Ərəbistanında keçiriləcək İspaniya Superkuboku uğrunda oyunları buraxmalı olacaq.
Qeyd edək ki, turnirdə "Real"dan başqa "Barselona", "Atletik Bilbao" və "Atletiko Madrid" də iştirak edəcək.


