İdman

Daha bir klubun oyunçuları maaşsız qalıb — “Səbirli olun”

Daha bir klubun oyunçuları maaşsız qalıb — “Səbirli olun”

Azərbaycan I Liqasının iddialılarından olan “Mingəçevir”də futbolçular yenidən maaş ala bilmir.

Demokrat.az futbolinfo.az-a istinadla xəbər verir ki, 2 aydır maaşlarını almayan oyunçular gələn təklifləri nəzərdən keçirirlər.

Komandanın böyük hissəsi artıq yeni klub axtarışındadır. Oyunçuların suallarına cavab olaraq rəhbərlik susmağa üstünlük verir.

Baş məşqçi Ramiz Məmmədov futbolçulara yalnız “Səbrli olun” cavabını verir. Bu isə onları qane etmir.

Xatırladaq ki, “Mingəçevir”in sponsoru ASTA şirkətidir.

NE
Nihadə Eyyubova