İdman

Azərbaycanlı idmançı 2 illik cəzalandırıldı

Azərbaycanlı idmançı 2 illik cəzalandırıldı

Azərbaycanın qol güləşçisi Təbriz Səfərov 2 illik diskvalifikasiya olunub.

Demokrat.azPublika.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) qərar qəbul edib.

O, antidopinq qaydalarını pozduğu üçün bu halla üzləşib. T.Səfərov nümunəsində qadağan olunmuş maddənin (ephedrine) mövcudluğu və istifadəsinə görə 24 aylıq cəza alıb.

Sentyabrın 9-da qüvvəyə minən cəza 2027-ci ildə başa çatacaq.

NE
Nihadə Eyyubova