İdman

“Araz-Naxçıvan” “Şamaxı”ya qalib gəldi

“Araz-Naxçıvan” “Şamaxı”ya qalib gəldi

Azərbaycan Premyer Liqasında 16-cı turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, üçüncü oyun gününün sonuncu görüşü “Araz-Naxçıvan”la “Şamaxı” arasında baş tutub. Qarşılaşmanın baş hakimi Fərid Hacıyev olub.

Naxçıvan təmsilçisi bu görüşdən inamlı qələbə ilə ayrılıb.

Daha öncə keçirilmiş oyunlarda “Kəpəz” “Turan Tovuz”a (0:2), “Karvan-Yevlax” “Neftçi”yə (1:2), “Qəbələ” “Qarabağ”a (1:2) uduzub, “Zirə” – “İmişli” matçında qalib müəyyənləşməyib – 0:0. “Sumqayıt” – “Sabah” matçı sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası 16-cı tur 21 dekabr “Araz-Naxçıvan” – “Şamaxı”2:0

Qollar:Patrik Andrade, 54. Çarlz Boli, 87.

Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov. “Liv Bona Dea Arena”, 17:30.

NE
Nihadə Eyyubova