İdman

“Karvan-Yevlax” “Neftçi”yə, “Zirə” “İmişli”yə qarşı

“Karvan-Yevlax” “Neftçi”yə, “Zirə” “İmişli”yə qarşı

Misli Premyer Liqasında 16-cı turun oyunları keçirilir.

Demokrat.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.

Öncə “Karvan-Yevlax” “Neftçi”ni qəbul edəcək. Qarşılaşmanın baş hakimi Əliyar Ağayev olacaq.

Günün digər oyunu “Zirə” ilə “İmişli” arasında baş tutacaq. Bu görüşü Cavid Cəlilov idarə edəcək.

Daha öncə “Kəpəz” “Turan Tovuz”a 0:2 hesabıyla uduzub. “Qəbələ” – “Qarabağ” və “Araz-Naxçıvan” – “Şamaxı” oyunları sabah, “Sumqayıt” – “Sabah” görüşü isə 22 dekabrda keçiriləcək.

Misli Premyer Liqası 16-cı tur 20 dekabr

“Karvan-Yevlax” – “Neftçi” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev Yevlax şəhər stadionu, 14:00.

“Zirə” – “İmişli” Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov. Zirə İdman Kompleksinin stadionu, 16:30.

NE
Nihadə Eyyubova