İdman

Azərbaycanın UEFA reytinqindəki MÖVQEYİ

Azərbaycanın UEFA reytinqindəki MÖVQEYİ

Azərbaycan 2025-ci il üçün UEFA reytinqindəki mövqeyini qoruyub.

Demokrat.az xəbər verir ki, avrokubokların əsas mərhələsinin bu həftə keçirilən oyunlarından sonra ölkəmizin sıralamada mövqeyinin dəyişməyəcəyi dəqiqləşib.

Azərbaycan 22,250 əmsalla 26-cı pillədə qərarlaşıb. Bizdən irəlidə Ukraynanın 23,256, ölkəmizdən aşağıda Slovakiyanın isə 22,218 əmsalı var.

Xatırladaq ki, avrokuboklarda tək təmsilçimiz "Qarabağ" son olaraq UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Ayaks"a (Niderland) uduzub (2:4). 55 ölkənin yer aldığı reytinqə 104,005 əmsalla İngiltərə başçılıq edir.

NE
Nihadə Eyyubova