Nikol Paşinyanson paylaşımı ilə sosial şəbəkənin həmErmənistan, həm də Rusiya kontentində gündəmə gəlib.
Demokrat.az"Yeni Sabah"a istinadən xəbər verir ki, o, “Laskovıy May” mahnısının müşayiəti çəkdiyi videonu "Telegram" kanalında yayımlayıb..
Yeri gəlmişkən, rusca ifa olunan bu mahnı sovet dövrünün hitlərində biridir.
Bu, baş nazirin internet istifadəçilərini rus musiqisi ilə sevindirməsinə dair ilk nümunə deyil. O, Zemfira ə Vladimir Vısotskini dinlədiyinə dair videolar paylaşıb.
Baş nazirin olduğu binanın pəncərəsindən, yəni arxa fonunda Moskva şəhəriin Lubyanka meydanında yerləşən FSB (Federal Təhlükəsizlik Xidməti - red.) binası görünür.
Başında şlyapa olan Paşinyan kiməsə ürək imojisi göndərir.
"Bu güngünüm yaxşı keçirvə mən hamını sevirəm", - Baş nazir "Telegram" kanalında yazıb.
Xatırladaq ki,ErmənistanBaş naziri Moskvaya Avrasiya Hökumətlərarası Şurasının iclasına görə gedib.
Onun təyyarəsi Ukrayna ordusunun PUA hücumuna görə uzun müddət Rusiya paytaxtındakı aeraporta eniş edə bilməyib.Ermənistanın Baş nazirinin hava gəmisi bir saata yaxın Tver vilayəti üzərində dövrə vurub, bundan sonra təyyarə alternativ aerodrom istiqamətinə yönləndirilib.
Moskvaya gəldikdən sonra isə bir qrup erməniPaşinyanı etirazla qarşılayıb.
Bundan əlavə, Nikol Paşinyanın videonu hansı məkanda çəkdiyi maraq doğurub. Lubyanka meydanı yaxınlığında 5 hotel yerləşir. Ehtimala görə, video "Ararat Park Hyatt Moscow" hotelində qeydə alınıb.


