"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununda məğlub olub.
Demokrat.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda Niderlandın "Ayaks" klubu ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionundakı matç qonaqların qələbəsi ilə bitib - 4:2.
Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb.
Qonaqlardan Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib. 47-ci dəqiqədə Mateus Silva yenidən "Qarabağ"ı hesabda önə keçirib.
"Ayaks"ın heyətində 79-cu dəqiqədə Oskar Qlux, 83-cü dəqiqədə Anton Qoei adını tabloya yazdırıb. Oskar Qlux 90-cı dəqiqədə fərqlənməklə dubd müəllifi olub.
Niderland klubu Liqa mərhələsində ilk qələbəsini qazanıb. "Qarabağ"ın turnirdə 7 xalı var.
*** 23:33
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda altıncı qol vurulub.
Demokrat.az-ın məlumatına görə, qonaqlar matçda dördüncü dəfə fərqləniblər - 2:4.
Oskar Qlux 90-cı dəqiqədə dubl müəllifi olub.
*** 23:26
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda beşinci qol vurulub.
Demokrat.az-ınməlumatına görə, bu dəfə qonaqlar hesabda önə keçib - 3:2.
83-cü dəqiqədə Anton Qoei adını tabloya yazdırıb.
*** 23:23
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda dördüncü qol vurulub.
Demokrat.az-ın məlumatına görə, qonaqlar yenidən hesabı bərabərləşdiriblər - 2:2.
Oskar Qlux 79-cu dəqiqədə fərqlənib.
*** 22:51
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda növbəti qol vurulub.
Demokrat.az-ınməlumatına görə, Azərbaycan təmsilçisi yenidən hesabda önə keçib - 2:1.
47-ci dəqiqədə Mateus Silva fərqlənib.
*** 22:47
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ikinci hissə start götürüb.
Demokrat.az-ınməlumatına görə, hazırda hesab bərabərdir - 1:1.
Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb. Qonaqlarda Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib.
*** 22:31
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ilk hissə başa çatıb.
Demokrat.az-ınməlumatına görə, komandalar fasiləyə bərabərliklə yollanıblar - 1:1.
Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb. Qonaqlarda Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib.
*** 22:26
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda hesab açılıb.
Demokrat.az-ın məlumatına görə, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.
10-cu dəqiqədə Kamilo Duran adını tabloya yazdırıb
*** 21:46
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyunu start götürüb.
Demokrat.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı matçı sloveniyalı FIFA referisi Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edir.
Azərbaycan klubu hazırda turnir cədvəlində 7 xalla 21-ci pillədə qərarlaşıb. Əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan qonaqlar sonuncu - 36-cıdır.
**** 21:32
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Niderlandın "Ayaks" klubu ilə üz-üzə gəlir.
Demokrat.az-ın məlumatına görə, matç saat 21:45-də start götürəcək. Görüşü sloveniyalı FIFA referisi Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Azərbaycan klubu hazırda turnir cədvəlində 7 xalla 21-ci pillədə qərarlaşıb. Əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan qonaqlar sonuncu - 36-cıdır.


